TÜRKİYƏ ORDUSU PKK-YA MƏXSUS SIĞINACAQLARI VƏ SİLAH ANBARLARINI MƏHV EDİB

0

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, hava əməliyyatı yerli vaxtla saat 17:00-da həyata keçirilib, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 13 hədəf məhv edilib.

Bu hədəflərin içində təşkilatın məsul şəxslərinin olduğu bildirilir. Əməliyyat zamanı çox sayda mağaralar, sığınacaqlar və silah anbarları dağıdılıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN VƏFATINDAN 20 İL ÖTÜR

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümüdür. Ulu Öndərin vəfatından 20 il ötür. Heydər Əlirza oğlu Əliyev...

Bağla