Türkiyə PA: “1970-ci ildə erməni terror təşkilatlarının hücumları ilə üzləşirdik”

0

“1970-ci ildə erməni terror təşkilatlarının hücumları və yaratdığı digər problemlərlə üzləşirdik”.

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun Ankarada “Çətin illər” adlı sərginin açılışında deyib.

O bildirib ki, 1970-ci illərdə beynəlxalq aləmdə olduğu kimi, Türkiyədə də çətinliklər vardı: “Həmin dövrdə Türkiyədə bu problemləri həll edə biləcək güclü siyasi iradə və siyasi sabitlik yox idi. Həmin dövrdə problemlərin həlli üçün 12 sentyabr hərbi çevrilişinə əl atıldı. Amma bu hadisə də özü ilə birlikdə yeni problemlər gətirdi”.

F.Altunun sözlərinə görə, Türkiyə 2002-ci ildən sonra problemlərin öhdəsindən gəlməyə başladı: “Türkiyə indi qlobal sülhə xidmət edən gücdür. Biz artıq regional sabitlik mərkəzinə çevrilmişik”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ DAHA BİR TƏBİİ QAZ YATAĞI KƏŞF OLUNUB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində daha bir təbii qaz yatağının kəşf olunduğunu açıqlayıb. “Report”un Ankara bürosunun xəbərinə görə, bu...

Bağla