“Türk Dövlətləri Təşkilatı (TDT) dezinformasiyaya qarşı mübarizəni gücləndirilməlidir. Buna məcburuq”.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun İstanbulda keçirilən “Türk xəbər agentlikləri media Zirvəsi: Media birlik və gələcək perspektivi” adlı proqramda çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə bunun üçün əlindən gələni etməyə hazırdır: “Bu gün TDT ölkələri islamafobiya kimi bir çox dağıdıcı tendensiyalarla qarşılaşır”.
Altun söyləyib ki, rəsmi Ankara dünyada ədalətin bərpa olunması üçün çalışır.