TÜRKIYƏ PARLAMENTININ YENI SƏDRI AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

0

İyulun 11-12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycana səəri gözlənilir.

Bu barədə “Report”un Ankara bürosuna türkiyəli millət vəkili Şamil Ayrım bildirib.

Millət vəkili deyib ki, ənənəvi olaraq Türkiyə parlamentinə sədr seçilən şəxs ilk səfərini əvvəlcə Şimali Kipr Türk Respublikasına, (ŞKTC) sonra isə Azərbaycana edir.

Qeyd edək ki, AKP və MHP-nin namizədi olan Numan Kurtulmuş iyunun 7-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ MÜDAFİƏ NAZİRLİYİ: YANVARIN 1-DƏN BƏRİ 794 TERRORÇU MƏHV EDİLİB

Türkiyə Silahlı Qüvvələri yanvarın 1-dən indiyədək İraqın və Suriyanın şimalında keçirdiyi 320 əməliyyat zamanı 794 terrorçunu zərərsizləşdirib. Bunu Türkiyə Müdafiə...

Bağla