Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Hicri-Qəməri ilin dəyişilməsi münasibəti ilə İslam dünyasını təbrik edib.
İslamveirfan.com xəbər verir ki, Türkiyə prezidenti bu barədə sosial şəbəkədəki rəsmi səhifəsində paylaşım edib.
“Millətimizin və İslam dünyasının Hicri 1444-cü ilini ən səmimi duyğularımla təbrik edir, yeni ilin bütün bəşəriyyətə sağlamlıq, sülh və əmin-amanlıq gətirməsini Allahdan arzu edirəm. Yeni Hicri ilimiz mübarək olsun.” – deyə Rəcəb Tayyib Ərdoğan paylaşımında qeyd edib.