TÜRKİYƏ PREZİDENTİ: “HƏDƏFİMİZ CƏNUBİ QAFQAZDA SABİTLİYİ TƏMİN ETMƏKDİR”

0

“Hədəfimiz Cənubi Qafqazda sabitliyi təmin etməkdir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Avropadan Qara dənizə, Orta Şərqdən Şimal Afrikaya qədər hər yerdə sabitliyi təmin etmək istəyir: “Biz xüsusilə ətrafımızda sabitliyin təmin olunması üçün soyuqqanlı mövqeyimizi davam etdirəcək, diplomatiya yolunu tutacağıq”.

Dövlət başçısı deyib ki, bundan sonra Türkiyənin digər ölkələrlə əlaqəsi daha da güclənəcək: “İnşallah, yaxın zamanda səfərlərimiz başlayacaq. Eyni zamanda dünya liderləri də ölkəmizə gələcəklər”.

Ərdoğan seçkilərdə iştirak edən hər kəsə, o cümlədən xaricdəki Türkiyə vətəndaşlarına təşəkkür edib: “Terror təşkilatlarının əli ilə siyasəti istiqamətləndirmək səyləri nəticəsiz qaldı. Seçkilərin qalibi türk demokratiyası və milləti oldu. Özünü bu torpaqlara aid hiss edən hər bir vətəndaşımız seçkilərin qalibidir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞAİR CENGİZ NUMANOĞLU VƏFAT EDİB

Türkiyəli məşhur şair, əsasən İslam dinini tərənnüm edən şeirlər yazan Cengiz Numanoğlu 82 yaşında vəfat edib. Cengiz Numanoğlu 1941-ci ildə...

Bağla