İyunun 16-da Milli Məclisin növbədənkənar sessiyasının xüsusi iclası keçiriləcək. Bu barədə parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, xüsusi iclasda Azərbaycanda rəsmi səfərdə olacaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.
Qeyd edək ki, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15 – 16-da Azərbaycanda rəsmi səfərdə olacaq.
Report