TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏRƏ GƏLİB

0

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, daha əvvəl dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda olmuşdu.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Müsəlman ölkələrinin liderləri Qəzza və Livanda müharibəyə son qoymağa çağırıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən sammitində müsəlman ölkələrinin liderləri Qəzza zolağında...

Bağla