TÜRKİYƏ PREZİDENTİ R.T.ƏRDOĞAN AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

0

“Qeyd edə bilərəm ki, bu günlərdə Azərbaycan və Türkiyə Prezidentləri səviyyəsində, işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və restavrasiya işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir”.

Bunu Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib:

“Bu torpaqlarda infrastruktur və yenidənqurma işləri ilə yanaşı mədəni, tarixi əhəmiyyətə malik abidələrin, arxeoloji yerlərin restavrasiyası da ön plandadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra, bizim də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək. Ən qısa müddətdə qeyd etdiyim mədəni, tarixi abidələrin bərpası, qorunması bölgədə turizmin inkişafına da təkan verəcək”.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKLƏR QARABAĞDAKI ABİDƏLƏRİN RESTAVRASİYASINDA İŞTİRAK EDƏCƏK

“Düşünürəm ki, qardaş Azərbaycan işğaldan azad etdiyi ərazilərdə real turizm potensialını yaxşı dəyərləndirəcək”. Bunu “Report”un yerli bürosuna eksklüziv müsahibəsində Türkiyə...

Bağla