Türkiyə prezidenti yardım təklif edən ölkə başçılarına təşəkkür edib

0

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, ötən gün İzmirdə baş vermiş zəlzələ səbəbilə yardım təklif edən və başsağlığı erən ölkələrə təşəkkürünü bildirib.

R. T. Ərdoğan təşəkkürünü tvitter sosial şəbəkəsi vasitəsilə bildirib və vurğulayıb ki, vəziyyət Türkiyə hökumətinin nəzarəti altındadır.

“İzmirdə baş vermiş zəlzələ səbəbindən keçmiş olsun və başsağlığı mesajı göndərərək yardım etməyə hazır olduğunu bildirən bütün dost ölkələrə təşəkkür edirəm. Türkiyə cümhuriyyəti dövləti olaraq bütün qurumlarımızla yerində vətəndaşımızın yanındayıq, vəziyyət nəzarətimiz altındadır.” – deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatı Rəcəb Tayyib Ərdoğana ilk zəng vuraraq yardım təklif edən dövlət başçısının Azərbaycan prezidenti İlham Əliyev olduğunu yazıb.

Xatırladaq ki, ötən gün Türkiyənin İzmir şəhərində 6.8 bal gücündə zəlzələ olub, nəticədə 35 nəfər ölüb, 885 nəfər yaralanıb.  

Başkan Erdoğan'dan teşekkür mesajı!

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FOTOLARLA İZMİR ZƏLZƏLƏSİ

Ötən gün Türkiyənin İzmir şəhərində şiddətli zəlzələ baş verib. İndiyə qədər əldə edilən məlumta görə 6.8 ballıq zəlzələ nəticəsində 29...

Bağla