Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı ilə Vahit Kirişçini kənd təsərrüfatı və meşə naziri təyin edib.
“Anadolu” agentliyi xəbər verir ki, Vahit Kirişçi öz istəyi ilə nazir postunu tərk edən Bekir Pakdemirlini əvəz edib.
Qeyd edək ki, sərəncam “Rəsmi Qəzet”də dərc olunub.
Vahit Kirişçi 4 dekabr 1960-cı ildə Kahramanmaraşda anadan olub. Bir çox qeyri-hökumət təşkilatında müdir vəzifəsində çalışan Kirişçi AK Partiyadan Adana millət vəkili seçilib. Eyni dövrdə Türkiyə-Avropa Birliyi Qarışıq Parlament Komissiyasının üzvü kimi Kirişçi Türkiyə Böyük Millət Məclisinin sədri müavini, TBMM-nin Kənd Təsərrüfatı, Meşə və Kənd İşləri Komitəsinin sədri vəzifələrində çalışıb.
Report