TÜRKİYƏ PREZİDENTİNİN KÖMƏKÇİSİ: “HƏRBÇİLƏRİMİZ ƏN QISA ZAMANDA AZƏRBAYCANDAKI VƏZİFƏLƏRİNİ İCRA EDƏCƏKLƏR”

0

Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər.

“Son48saat”ın məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

O, Türkiyənin Şərqi Aralıq Dənizi, Kipr və Liviya kimi regional məsələlərdə güclü mövqe sərgilədiyini, həmçinin Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstək verməkdə davam etdiyini bildirib.

“Qarabağdan işğalçı Ermənistanın qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda bir daha bütün dünyaya nümayiş etdirdi. Bəzi ölkələr 30 ildir Ermənistanın Qarabağdakı zülmünə kor və kar qalmağı seçərkən biz səssiz qalmadığımız kimi, Ermənistanın mülki vətəndaşları, şəhərləri bombalamasına da laqeyd qalmadıq, bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq. Qəhrəman hərbçilərimiz ən qısa müddətdə, azərbaycanlı qardaşlarımızın hüquq və mənafelərini qorumaq üçün Azərbaycanda vəzifələrini icra edəcəklər”, – deyə F.Oktay vurğulayıb.

F.Oktay bu müddətdə Türkiyənin 83 milyon tək ürək olaraq Azərbaycanın zəfər çalması üçün əlindən gələn dəstəyi verdiyini, bundan sonra da qardaşları ilə bir və bərabər şəkildə ədalət mübarizəsinə davam edəcəyini vurğulayıb.

oxu.az

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PREZİDENTİN KÖMƏKÇİSİ XARİCİ DİPLOMATLARLA TƏRTƏRDƏDİR

Prezident İlham Əliyevin tapşırığı ilə diplomatik korpusların nümayəndələrinin Tərtərə səfəri təşkil edilir. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət...

Bağla