Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün region ölkələri ilə sıx əlaqə saxlayır

0

Türkiyə Qəzzadakı böhranın nizamlanması üçün Fars körfəzi də daxil olmaqla region ölkələri ilə sıx əlaqə saxlayır.

Bunu Türkiyə prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç “TRT Haber” telekanalına açıqlamasında deyib.

“Region ölkələri İsrailin aqressiv hərəkətlərinin regional miqyasda mənfi nəticələrə gətirib çıxarmaması üçün səy göstərir. Bu region tarixən bizi qonşularımızla birləşdirir və bu, birgə əməkdaşlığa ehtiyacı diktə edir. Nə qədər yaxın olsa, uğur şansı daha yüksəkdir”, – deyə Ərdoğanın müşaviri qeyd edib.

Nümunə olaraq o, Misir, Əlcəzair, Mərakeş və İordaniya ilə əlaqələri göstərib: “Biz hamımız bir yumruq olmalıyıq. Prezidentimizin atdığı addımlar birliyə ehtiyacı diktə edir ki, bu da Fars körfəzi ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Qətər ilə intensiv təmaslarımızı şərtləndirir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NAZİRLİK 30 DEKABR İŞ GÜNÜ İLƏ BAĞLI QƏRAR VERİB

Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş...

Bağla