TÜRKİYƏ QARA DƏNİZDƏ YENİ QAZ YATAĞI AŞKARLAYIB

0

Türkiyə Qara dənizdə 135 milyard kubmetrdən çox qaz ehtiyatının olduğu yeni qaz yatağını aşkarlayıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Fatih” qazma gəmisi yeni “Amasra-1” yatağında həcmi 135 milyard kubmetrdən çox olan qaz yığını aşkarlayıb”, – Türkiyənin Qara dəniz sahilində Filios limanının açılışında çıxış edən Ərdoğan deyib.

Onun sözlərinə görə, beləliklə, keçən ilki kəşf nəticəsində Qara dəniz şelfində qazın ümumi ehtiyatları təxminən 500 milyard kubmetr təşkil edir. 2020-ci ilin avqustunda Ərdoğan Qara dənizdə “Sakarya” yatağında təxminən 320 milyard kubmetr ehtiyatların aşkar olunması haqqında bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ-DƏ AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ MƏBƏDLƏRİN BƏRPASI MÜZAKİRƏ EDİLİB

İyunun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda işgüzar səfərdə olan Rus Pravoslav Kilsəsinin nümayəndəsini - Moskva...

Bağla