Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Qubaya gedib, 13 yaşlı İbrahim Zeynalovla görüşüb.
Diplomat bu barədə tvitterdə yazıb.
“Eşitdim ki, hüquqşünas olmaq istəyir. Ona uğurlar arzulayırıq. Təhsilinə hər zaman dəstək verməyə hazır olduğumu söylədik”, – səfir bildirib.
Qeyd edək ki, Xınalıqda yaşayan 13 yaşlı İbrahim Zeynalovun polşalı turistlə ingilis dilində dialoqu bu günlərdə sosial mediada yayılmışdı. O, bu video ilə məşhurlaşmışdı.
Report