Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı sosial şəbəkədəki şəxsi səhifəsində Şuşa barədə paylaşım edib.
Cahit Bağcı, “Azad Qarabağın havasında nəfəs aldıq, bulaqlarından su içdik. Ulu cökə, tut və gilas ağaclarında cəhcəh vuran bülbüllər və quş səslərinin müşayiəti ilə #Şuşada #XarıBülbül otelinin bağçasında bir fincan qəhvə içdik.
Bizim üçün tarixi olduğu qədər unudulmaz bir andır. #QarabağAzərbaycandır” – qeydi ilə Şuşadan şəklini paylaşıb.