TÜRKİYƏ SURİYANIN BƏRPASI PROSESİNDƏ İŞTİRAK EDƏCƏK

0

Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək.

“Akşam” qəzeti xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.

O, söyləyib ki, Ankara prosesə müdaxilə edəcək: “Yeni dövrdə Suriya yenidən qurulacaq, infrastruktur, turizm, ticarət kimi sahələr yenidən qurulacaq. Biz bu prosesə töhfə verəcəyik. Yeni mərhələdə qonşumuz Suriyanın yanında olacağıq”.

C.Yılmaz, həmçinin Qərb dünyasını Bəşər Əsəd rejiminə qarşı vaxtı ilə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıb: “İndi yeni Suriya, yeni mühit var. Odur ki, sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını arzulayıram”.

Vitse-prezidentin sözlərinə görə, Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılması bu ölkənin bərpasına töhfə verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əl Cəzirə: Qəzzada münaqişə nəticəsində ölən jurnalistlərin sayı 220-yə çatıb

Qəzza zolağının şimalındakı Cəbaliya qaçqın düşərgəsinə İsrailin hava hücumu nəticəsində fələstinli yazıçı, şair və jurnalist Məhəmməd Hicazi həlak olub. Bu...

Bağla