TÜRKİYƏ ÜÇ VƏTƏNDAŞININ ÖLDÜRÜLMƏSİ İLƏ BAĞLI İSRAİLİ QINAYIB

0

Türkiyə Xarici İşlər Nazirliyi İsraili qınayıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ankara Livandan qeyri-qanuni yollarla İsrailə keçmək istəyərkən hava hücumu nəticəsində Türkiyənin üç vətəndaşının öldürülməsinə görə Təl- Əvivi sərt şəkildə tənqid edib.

Bəyanatda vurğulayıb ki, ən qısa zamanda İsrailin hücumlarına son qoyulmalıdır.

Həmçinin bildirilib ki, öldürülən şəxslərin nəşlərinin Türkiyəyə gətirilməsi üçün müvafiq işlər görülür.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın nazirlər görüşünün yekun bəyannaməsi imzalanıb

Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci görüşünün yekun bəyannaməsi imzalanıb. “Report” xəbər verir ki,...

Bağla