TÜRKİYƏ UKRAYNADA “BAYRAKTAR” İSTEHSAL EDƏCƏK ZAVOD TİKƏCƏK

0

“Türkiyə ilə Ukrayna arasında “Bayraktar” pilotsuz uçuşı aparatının istehsalını nəzərdə tutan zavodun tikliməsi ilə bağlı çərçivə müqaviləsi imzalanacaq”.

UNIAN xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznik fevralın 3-də Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müqaviləni bu gün imzalayacaq və sonra ratifikasiya üçün Ali Radaya təqdim ediləcək: “Bu gün çərçivə razılaşmalar da planlaşdırılıb. Dünən hökumətlər Türkiyə və Ukraynanın yüksək hərbi texnologiyalar sahəsində əməkdaşlığına dair razılaşmanın mətnini bəyəniblər”.

Nazir qeyd edib ki, PUA-ların idarə edilməsi üçün təlim mərkəzi yaradılacaq: “Bayraktar” istehsal edən Türkiyə şirkətinin qərarına əsasən, dronların növbəti nəslində Ukraynanın “Motor-Siçi” mühərrikindən istifadə olunacaq”.

Qeyd edək ki, 2021-ci il sentyabrın 29-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müdafiə Nazirliyi ilə Türkiyənin “Bayraktar Savunma” şirkəti arasında memorandumu təsdiqləyib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH TÜRKİYƏ PARLAMENTİNİN KOMİSSİYASI ŞUŞA BƏYANNAMƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Sabah, fevralın 3-də Türkiyə Böyük Millət Məclisinin komissiyasının iclasında Şuşa Bəyannaməsi müzakirə olunacaq. Sənəd parlamentin Xarici əlaqələr komissiyasında müzakirəyə çıxarılacaq....

Bağla