Türkiyə uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirəcək

0

Türkiyə ordusu yerli “Siper” uzaqmənzilli hava hücumundan müdafiə sistemini Qara dənizdə sınaqdan keçirəcək.

Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, bunun üçün daxili sularda dənizin 850 kilometrlik hissəsi uçuşa qadağan zonası elan edilib.

Qeyd olunur ki, hava hücumundan müdafiə sisteminin sınaqları ölkənin şimal-qərbindəki Ədirnə vilayətindən respublikanın şimal-şərqindəki Giresun vilayətinə qədər olan zolaqda keçiriləcək.

Sınaqlar bu həftə keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ərdoğan Hakan Fidana “Dövlətdə üstün xidmət medalı”nı təqdim edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli İstihbarat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə Milli Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri...

Bağla