TÜRKİYƏ VƏ ABŞ RƏSMİLƏRİ CƏNUBİ QAFQAZDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

0

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı iki ölkə arasında iqtisadi-siyasi əlaqələrin və müdafiə sənayesinin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.

Tərəflər həmçinin beynəlxalq və regional məsələlər, xüsusilə Rusiya-Ukrayna münasibətləri və Qazaxıstandakı vəziyyətlə bağlı da fikir mübadiləsi aparıblar. Ukrayna böhranının dialoq və əməkdaşlıq yolu ilə həllinin vacibliyi, Türkiyənin də bu məsələdə hər cür yardım göstərməyə hazır olduğu ifadə olunub. Türkiyənin Ukraynanın ərazi bütövlüyünün qorunmasına xüsusi əhəmiyyət verdiyi vurğulanıb. Qazaxıstandakı böhranın tezliklə həllinin bölgənin sabitliyi baxımından mühüm olduğu, Türk Dövlətləri Təşkilatının bununla bağlı addımlar atdığı bildirilib.

Bundan başqa, Türkiyənin Balkanlar, Cənubi Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada sülh və sabitliyin təmin edilməsində qətiyyətli rol oynadığı vurğulanıb.

Eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesi və Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasının regionun sabitliyi və rifahına töhfə verdiyi qeyd edilib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖZÜNÜZÜ HESABA ÇƏKİN!

İnsan unutqan varlıqdır. Xüsusilə etdiyi günahları tez unudar. Lakin Uca Allahın insandan tələb etdiyi daim özünü hesaba çəkməsi və günahlarının...

Bağla