“İşğaldan azad edilmiş bölgələrdə apardığınız bərpa və yenidənqurma işlərini təqdirlə izlədiyimi və Türkiyə olaraq bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hər zaman yanınızda olmağa davam edəcəyimizi vurğulamaq istəyirəm”.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd olunub.
“Bir millət, iki dövlət” şüarı ilə təcəssüm olunan, “Sevincdə və kədərdə birlik” anlayışı ilə yoğurulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq”.