TÜRKİYƏ VƏ ERMƏNİSTAN RƏSMİLƏRİ SƏRHƏDDƏ GÖRÜŞÜB

0

Ermənistan və Türkiyə rəsmiləri sərhəddə görüş keçirib.

Bu barədə Ermənistanın Ankara ilə danışıqlar üzrə xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyan məlumat verib.

O, görüşün nə vaxt keçirildiyini dəqiq açıqlamasa da, qarşı tərəflə müzakirələrin müsbət və konstruktiv atmosferdə keçdiyini bəyan edib.

Tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd keçidinin işə salınması ilə bağlı texniki detalları və nüansları müzakirə ediblər.

Görüş və texniki qiymətləndirmə ilə bağlı razılıq Rubinyanla türkiyəli həmkarı Serdar Kılıç arasında iyulda sərhəddə, lakin başqa yerdə – Marqara keçid məntəqəsində baş tutan görüş zamanı əldə olunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİR GÜNDƏ QƏZZADA ƏN AZI 71 FƏLƏSTİNLİ ÖLÜB

İsrailin Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində 8-i uşaq olmaqla azı 33 nəfər həlak olub....

Bağla