TÜRKİYƏ VƏTƏNDAŞI 33 İLDİR FASİLƏSİZ ORUC TUTUR

0

Türkiyə Kocaeli vilayəti Gölcük rayonunun sakini 53 yaşlı Osman Ay 33 ildir fasiləsiz oruc tutur. Osman Ay ilk dəfə 3 aylarda oruca başladığını, özünü yaxşı hiss etdiyi üçün 33 ildir hər gün oruc tutduğunu, sadəcə dini bayramlarda oruclu olmadığını deyib.

“Bu hissi ifadə etmək mümkün deyil. İllərdir oruc tutduğumu eşidən ətrafımdakı insanlar məni təbrik edirlər. Bəzi insanlar da mənə baxıb oruc tutmağa başladı. Həkimlər də oruc tutmağın çox faydalı olduğunu deyirlər. Mən həmişə oruclu olduğum üçün ramazan başlayanda başqalarının da oruclu olduğunu unudub onlara yemək ikram edirəm.” – deyə Osman Ay açıqlamasında bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ SABAH AZƏRBAYCANI TƏRK EDİR

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral sabah Bakını tərk edəcək. Diplomat aprelin 16-da ölkəsinə...

Bağla