Türkiyə XİN: AŞPA-nın Azərbaycanla bağlı qərarı Cənubi Qafqazda sülhə xidmət etməyəcək

0

Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Vurğulanıb ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir: “Əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BİR QRUP HƏRBİ QULLUQÇUMUZ TÜRKİYƏYƏ SƏFƏR EDİB

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin...

Bağla