Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı uzun müddətdir davam edən silahlı hücumları və təxribatları ilə əlaqədar Azərbaycan Ordusunun sentyabrın 19-da yalnız hərbi hədəflərə qarşı antiterror tədbirləri başlatdığı bildirilib.
“İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən üç il ərzində hazırkı vəziyyətlə əlaqədar daim ifadə etdiyi legitim və haqlı naharatlıqların aradan qaldırılmaması nəticəsində Azərbaycan suveren ərazilərində zəruri tədbirlər görmək məcburiyyətində qalıb.
Azərbaycan ilə Ermənistan arasında bu günə qədər həssaslıqla həyata keçirilən əhatəli müzakirə prosesinin nəticə yönümlü olması istiqamətində davamlılığının təmin edilməsinin bölgədə sülhün, təhlükəsizliyin, rifahın və davamlı sabitliyin təsis olunması üçün yeganə yol olduğuna inanırıq”, – deyə bəyanatda bildirilib.