Türkiyə XİN: Azərbaycan son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilmək üçün şans verib

0

“Sentyabrın 27-də başlayan silahlı qarşıdurmada Azərbaycan 30 ilə yaxındır işğal altında olan ərazilərini öz imkanları və özünəinamı ilə qaytara biləcəyini Ermənistan və bütün dünyaya göstərib”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Bu müddətdə bütün dünyadan insani səbəblərdən dolayı atəşkəs tələbləri gəlib. Azərbaycan da son dəfə Ermənistana işğal etdiyi ərazilərdən çəkilmək üçün şans verib. İnsani reallıqlarla əsirlərin və meyitlərin dəyişdirilməsi məqsədilə elan edildiyi bildirilən atəşkəs önəmli bir ilk addım olmaqla yanaşı, daimi həllin yerinə keçməyəcək. Türkiyə lap əvvəldən ancaq Azərbaycanın “hə” deyəcəyi çözümləri dəstəkləyəcəyini vurğulayıb. Bu mənada, meydanda və masada Can Azərbaycanın yanında olmağa davam edəcəyik”, – açıqlamada vurğulanıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ATƏŞKƏSDƏN SONRA GƏLƏN FƏTH

Hicrətin 6-cı ili idi. Həzrət Peyğəmbər səhabələri ilə Məkkəyə doğru yola çıxmış, ancaq müşriklərin mane olması səbəbilə Məkkə yaxınlığındakı Hüdeybiyyə...

Bağla