“35 il əvvəl müstəqillik üçün ayağa qalxan azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin 17 noyabr- Milli Dirçəliş Günü ilə bağlı “X” hesabında yazılıb.
“O gün Bakıda ucaldılan bayraq bu gün bütün Azərbaycan səmasında dalğalanır. Can Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edirik”, – paylaşımda bildirilib.