Türkiyə XİN: Azərbaycanla qardaşlığımız YUNESKO-nun işinə töhfə üçün fürsət olacaq

0

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Azərbaycanı YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilməsi münasibətilə təbrik edib. Türkiyə xarici işlər nazirinin müavini bu barədə tviterdəki səhifəsində yazıb.

“2021-2025-ci illər üçün ölkəmizlə birlikdə YUNESKO-nun İcraiyyə Şurasına üzv seçilən can Azərbaycanı səmimi qəlbdən təbrik edirik. Türkiyə-Azərbaycan qardaşlığı YUNESKO-nun təhsil, elm və mədəniyyət sahələrində qlobal işinə töhfə vermək üçün əla fürsət olacaq”, – Türkiyə xarici işlər nazirinin müavini qeyd edib.

Qeyd edək ki, YUNESKO Baş Konfransının davam edən 41-ci sessiyası çərçivəsində YUNESKO İcraiyyə Şurasının 2021-2025-ci illər üzrə üzvlüyünə seçkilər keçirilib. Seçkilərdə Şərqi Avropa qrupu üçün ayrılmış 3 vakant yerlərdən birinə Azərbaycanın namizədliyi irəli sürülüb.

Gərgin rəqabət şəraitində keçən seçkilərdə Azərbaycan 143 səs toplayaraq Şuraya üzv seçilib.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ SƏFİRİ TƏXRİBAT NƏTİCƏSİNDƏ ŞƏHİD OLAN HƏRBÇİLƏRƏ GÖRƏ BAŞSAĞLIĞI VERİB

“Daha 7 qardaşımız vətən uğrunda şəhid olub. Ailələrinə, döyüş yoldaşlarına və qardaş Azərbaycana başsağlığı verir, səbr diləyirik. Başımız sağ olsun”....

Bağla