Türkiyə XİN: Azərbaycanlı və qazaxıstanlı qardaşlara hər cür lazımi dəstək veriləcək

0

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Bu barədə nazirliyin “X” hesabında məlumat yayılıb.

Məlumatda qəzada həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı, yaralılara isə tezliklə şəfa dilənib.

“Azərbaycanlı və qazaxıstanlı qardaşlara hər cür lazımi dəstək veriləcək”, – deyə vurğulanıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN MƏSCİDLƏRİNDƏ TƏYYARƏ QƏZASI QURBANLARININ XATİRƏSİ ANILACAQ

Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq...

Bağla