Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Bakının erməni-bolşevik işğalından azad olunmasının 105-ci ili münasibətilə Azərbaycanı təbrik edib.
Bu barədə Türkiyə XİN-in “X” hesabında paylaşım edilib.
“Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 105-ci ili münasibətilə azərbaycanlı qardaşlarımızı təbrik edir, müstəqillik uğrunda canlarından keçən bütün şəhidlərimizi hörmətlə yad edirik”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 105-ci ildönümüdür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə hərbçiləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Report