TÜRKİYƏ XİN: “DANİMARKA İSLAMA QARŞI ÇİRKİN ƏMƏLLƏRİN QARŞISINI ALMALIDIR”

0

Danimarka hakimiyyəti İslam dininə qarşı nifrət alovlandıran çirkin əməllərin qarşısını almalıdır.

Bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quran yandırılmasına etiraz bəyanatında yer alıb.

“Bu gün Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”, – Türkiyə XİN vurğulayıb.

Qeyd edək ki, İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.

Xatırladaq ki, qrup üzvləri iyulun 21-də də İraqın Kopenhagendəki səfirliyi yaxınlığında analoji hal törədərək, aksiyanı canlı yayımlamışdılar. Bundan əvvəl, iyulun 20-də isə Stokholmdakı İraq səfirliyi qarşısında Quran nümayişkənarə şəkildə yandırılıb.

 

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DANİMARKADA İRAQ SƏFİRLİYİ QARŞISINDA QURAN YANDIRILIB

İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. "Röyters" xəbər verir ki, Kopenhagendə bir qrup etirazçı İraq səfirliyi qarşısında Quranı yandırıb. Mənbənin...

Bağla