TÜRKİYƏ XİN: ERMƏNİSTAN ATƏŞKƏSƏ RİAYƏT EDİLMƏSİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIYIR

0

“Ermənistan bölgədə davamlı sülhün dəstəkçisi olmaq üçün reallığı qəbul etməli və üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy deyib.

“Dağlıq Qarabağda silahı yerə qoymayan və geri çəkilməkdən imtina edən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun bölmələrinə etdiyi mənfur hücumu qınayırıq. Bu, ermənilər tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.

H.Aksoy bildirib ki, üçtərəfli bəyanata imza atan Ermənistan bütün silahlı dəstələrinin geri çəkilməsinə və atəşkəs rejiminə riayət edilməsinə görə məsuliyyət daşıyır. Rəsmi Yerevan bu öhdəliyini dərk etməlidir.

“Ermənistan silahlı qüvvələrinin daha əvvəl – 26 noyabr, 8 və 11 dekabr tarixlərində, nəhayət 27 dekabrda baş verən hücumları nəticəsində hərbi və mülki şəxslər həlak oldu, bir neçə nəfər xəsarət aldı. Azərbaycan tərəfi erməni silahlılarının bu təxribatlarına özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verib. Bu mənfur hücumlarda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyir, Azərbaycan xalqına başsağlığı veririk”, – Hami Aksoy əlavə edib.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
CEYHUN BAYRAMOVLA MÖVLUD ÇAVUŞOĞLU ARASINDA TELEFON DANIŞIĞI OLUB

Dekabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub....

Bağla