TÜRKİYƏ XİN İSVEÇDƏ QURANIN TƏHQİR OLUNMASINI PİSLƏYİB

0

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda Qurani-Kərimin təhqir olunmasını pisləyib.

Bu barədə nazirliyin məlumatında deyilir.

“Biz bu gün, iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında Qurana qarşı törədilən iyrənc hücumu qəti şəkildə pisləyirik”, – Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda vurğulanır ki, Türkiyə islamofobiya, ksenofobiya, irqçilik və ayrı-seçkiliklə mübarizə sahəsində bu cür hücumların baş verdiyi ölkələrlə birlikdə işləməyə hazırdır.

 

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İSMAYILLIDA “MEDİA VƏ DİN” ADLI SEMİNAR TƏŞKİL OLUNUB

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə İsmayıllı rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və din" adlı üçgünlük seminar təşkil...

Bağla