TÜRKİYƏ XİN: XOCALI FACİƏSİ İNSANLIQ TARİXİNƏ QARA BİR LƏKƏ OLARAQ KEÇİB

0

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə qurumun “X” hesabında paylaşım edilib.

“26 Fevral 1992-ci ildə Ermənistan silahlı birlikləri tərəfindən Azərbaycanın Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, – paylaşımda bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XOCALI SOYQIRIMININ İL DÖNÜMÜDÜR

Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin ildönümüdür. Bu...

Bağla