Türkiyədə uğursuz hərbi dövlət çevrilişi cəhdindən 7 il ötür. 2016-cı il 15 iyul tarixində hərbi formalı bir qrup terrorçu Türkiyədə hakimiyyəti ələ keçirməyə cəhd edib. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bəyanatda ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.
Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün keçirilən əməliyyat zamanı 265 nəfər, o cümlədən 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu, yüzlərlə insan yaralandı. Hərbi çevrilişə cəhd edənlər arasında həbs olunan hərbçilərin sayı 3000-ə çatdı. Hadisə ilə əlaqədar 34 general, yüzlərlə hərbçi, hakim, prokuror saxlanıldı.
İstanbuldaki Boğaziçi və Fatih Sultan Mehmet köprüsünün jandarma tarafından bağlanılması ilə başlayan vaxtda, TBMM spikeri İsmail Kahraman və təxmini 50-yə qədər millət vəkilinin məclistə olduğu vaxt F-16 döyüş təyyarələri məclis üzərində uçuş edərək parlamenti dörd dəfə bombaladı. Ankaranın Beştepe səmptində yerləşən Cumhurbaşkanlığı Sarayına bombalama cəhdi olsa da uğurlu olmamışdır, Muğla’nın Marmaris bölgəsində bir oteldə olan prezident Recep Tayyip Erdoğana qarşı suiqəsdə cəhd olundu. Baş qərargah rəisi Hulusi Akar, Quru Qoşunları komandiri Salih Zeki Çolak, Hava Qüvvələri komandiri Abidin Ünal ve Jandarma Baş komandiri Galip Mendi çevrilişi gerçəkləştirən əsgərlər tərəfindən girov götürüldü.
Hadisələr bağlı olaraq Prezident Recep Tayyip Erdoğan, CNN Türkdə FaceTime vasitəsi ilə etdiyi müraciətdə xuntaya heç bir imkanın verilməyəcəyini bildirərək xalqı meydanlara çıxıb çevrilişə qarşı çıxmağa çağırdı. Bununla da ölkənin bir çox şəhərlərində mitinqlər təşkil edildi.
16 iyul səhərinə kimi ordu və polisin şərikli əməliyuatları nəticəsində çevriliş basdırıldı.Bu hadisələr nəticəsində 104-ü çevrilişçi əsgərlər olmaqla 300-dən artıq insan həyatını itirdi, 1491 nəfər isə yaralandı.
Istanbul Bakırköy Respublika Baş Prokurorluğu, Anadolu Respublika Baş Prokurorluğu tərəfindən Türkiyə Cinayət Məcəlləsinin “höküməti aradan qaldırmaq”,”prezidentə qarşı sui-qəsd”,”əhalini üsyana təhrik etmək” və s. digər maddələr əsasında cinayət işi qaldırıldı. Aparılan araşdırmalar nəticəsində müxtəlif rütbəli 8036 hərbiçi həbs edildi. Həbs edilənlər yalnız əsgərlər deyildi. Burda professorlar, müəllimlər, idmançılar və digər peşə sahibləri var idi. Onların sayı günü-gündən artdı. Konstitusiyaya əsasən ölkədə 3 aylıq fövqəladə vəziyyət elan edildi.
Çevrilişdə səbabkarı kimi uzun illərdir ABŞ-da yaşayan dini xadim Fətullah Gülən və tərafdarının adı çəkilir (Fətullahçı Terror Təşkilatı – FETÖ).