Türkiyədə aprelin 29-dan mayın 17-dək axşam saat 19.00-dan sabah saat 5-dək küçəyə çıxmaq qadağası tətbiq olunacaq.
Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
Türkiyə Prezidenti deyib ki, yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində 18 günlük sərt karantin rejim tətbiqi ilə bağlı Türkiyə Daxili İşlər Nazirliyi əlavə sərəncam yayacaq.