Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimdə şərti dəniz minaları zərərsizləşdirilib

0

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib.

Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir.

Qeyd edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İslam İnkişaf Bankı Azərbaycanda halal ekosistemin inkişafını dəstəkləyəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə İslam İnkişaf Bankı (IDB) arasında Azərbaycanda halal ekosistemin inkişafı...

Bağla