Türkiyədə baş verən terakta görə məsuliyyəti PKK üzərinə götürüb

0

Ankaranın Kahramankazan rayonunda  hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binasına edilən silahlı hücuma görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb.

Terror təşkilatına yaxın bir internet saytında yayımlanan PKK-nın bəyanatında hücumun “Apoist fədakarlıq ruhu ilə həyata keçirildiyi” diqqətə çatdırılıb. Mənfur hücumun məsuliyyətini üzərinə götürən PKK, 5 nəfərin öldürüldüyü hadisə ilə bağlı “Mülki vətəndaşların hədəfə alınmadığı” və “Bir nəfərin məcburən həyatını itirdiyi” ifadələri ilə təbliğat aparıb.

Daxili İşlər Naziri Əli Yerlikaya hücumu törədənlərin PKK terrorçuları Rojger kod adlı Əli Örek və Mine Sevjin Alçiçek olduğunu açıqlayıb. Məlum olub ki, Alçiçek 2014-2015-ci illərdə HDP-nin (PKK terror təşkilatının siyasi qolu Xalqların Demokratiya Partiyası) Hakkari Mərkəz rayon həmsədri olub. Örekin sosial mediada HDP-nin paylaşımları da var.

Xatırladaq ki, ötən gün Ankaranın Kahramankazan rayonunda  hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binasında terror hadisəsi törədilib. Terakt nəticəsində 5 nəəfər ölüb, çox sayda insan xəsarət alıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏRDOĞAN: TERRORÇULAR TÜRKİYƏNİN SÜLH VƏ TƏHLÜKƏSİZLİYİNİ HƏDƏFƏ ALIBLAR

Terrorçular TUSAŞ-a hücumla təkcə bir şirkəti deyil, Türkiyənin sülh və təhlükəsizliyini hədəfə alıblar. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan...

Bağla