Türkiyə Diyanət komitəsi Həcc və Ümrə xidmətləri departamentinin təşkilatçılığı ilə “Dəyişən və İnkişaf edən Şərtlər Çərçivəsində Həcc” başlıqlı beynəlxalq simpozium başlayıb.
Komitə tərəfindən aparılan Həcc xidmətlərinin dəyərləndirilməsi, yeni şərtlər çərçivəsində bu xidmətə yeni üfüq və vision qazandırılması, xidmət keygiyyətinin artırılması məqsədi ilə keçirilən simpoziumda Həcc fiqhi, həcc təlimi, həcc musiqisi, həcc rəhbərliyi, ziyarət vaxtı sağlamlıq və pandemiya məsələlərinə aid və bu kimi müxtəlif mövzular müzakirə ediləcək.
Yerli və əcnəbi din alimlərinin iştirak etdiyi simpozium bu gün başlayıb və apelin 3-nə qədər davam edəcək.
Simpoziumu türkcə, ərəbcə və ingiliscə “hac.gov.tr/hacsempozyumu” ünvanından izləmək mümkündür.