TÜRKİYƏDƏ BEYNƏLXALQ İSLAM KONFRANSI KEÇİRİLƏCƏK

0

Türkiyənin İstanbul şəhərində “Səbahəddin Zaim Universiteti” İslam və Qlobal Əlaqələr Mərkəzinin (CİGA) təşkilatçılığı ilə “Beynəlxalq Müsəlman Ümməti” konfransı keçiriləcək. 14, 15, 16 oktyabr tarixlərdə keçiriləcək konfransın mövzusu “Məzhəbçilik, sekulyarizm, millətçilik və müstəmləkəçilik” olacaq. Tədbirdə müxtəlif ölkələrdən 20-dən çox akademikin iştirak edəcəyi gözlənilir.

CİGA koordinatoru professor Sami əl Arian əsasən 4 mövzunun müzakirə ediləcəyini bildirib.   

“İslam dünyasında ixtişaşlar yaradan məzhəbçilik, sekulyarizm, millətçilik, müstəmləkəçilik və dinin cəmiyyətdəki yeri mövzularının müzakirə ediləcək. Müsəlman cəmiyyətlərdə olan bəzi problemlər gərginliyi artırır. Tədbirdə bu problemləri analiz edib başa düşməyə və həlli yollarını tapmağa çalışacağıq.” – deyə əl Arian bildirib.  

Koordinator həmçinin tədbirdə müstəmləkəçiliyin Yaxın Şərqə yerləşməsi, İsrailin Fələstini işğal etməsi və s. bu kimi İslam dünyasında olan problemlərin də müzakirə ediləcəyini deyib. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Elm Ocağı

Heç bir din elmə İslam dini qədər əhəmiyyət verməmişdir. Vəhyin ilk ifadəsi olaraq “Oxu!” əmri ilə qarşılaşan, özünün “müəllim” olaraq...

Bağla