TÜRKİYƏDƏ ÇOX SAYDA SƏRNİŞİNİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN QƏZA BAŞ VERİB

0

Türkiyədə çox sayda sərnişinin ölümü və xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Yerli mətbuatın xəbərinə görə, Sivas şəhərindən İstanbula hərəkət edən sərnişin avtobusu Yozgat vilayətinin Sorgun rayonunda dərəyə aşıb.

Baş vermiş qəza nəticəsində 12 nəfər dünyasını dəyişib, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılar Yozgat şəhər xəstəxanasına və Sorun rayon xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları qəza barədə istintaq başladıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyəli nazir: “Azərbaycanın Qarabağda qələbəsi Zəngəzur dəhlizini açmaq imkanı verdi”

"Qardaş və dost Azərbaycanın Qarabağda qələbəsi bizə on illərdir barəsində danışılan Zəngəzur dəhlizini açmaq imkanı verdi”. Bunu Türkiyənin kənd təsərrüfatı...

Bağla