Türkiyədə cümə namazlarında Azərbaycan üçün dua edilib

0

Ötən gün Türkiyənin məscidlərində qılınan cümə namazı vaxtı oxunan xütbədə Azərbaycan üçün dua edilib.

İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin rəsmi dini komitəsi Diyanətin internet saytında məlumat yayılıb.

Məlumata görə, paytaxt Ankara “Akseki” məscidində cümə namazı qıldıran Diyanət başqanı professor Əli Erbaş Azərbaycan xalqı üçün dua edib.

“…

Azərbaycanın yaşayış məntəqələrində məruz qaldıqları hücumlarda dünyasını dəyişən günahsız mülki insanlara, işğal edilmiş vətən torpağını azad etmək mübarizəsində şəhid olan hərbçi və mülki Azərbaycanlı qardaşlarımıza Uxa Allahda rəhmət, yaralılara şəfa və haqlı mübarizələrində onlara müvəffəqiyyət arzulayıram.” – deyə Erbaş xütbənin yekununda bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Ermənistan arasında humanitar məqsədlə atəşkəs qəbul edilib

Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü başa çatıb. “Report“un Rusiya bürosunun məlumatına görə,...

Bağla