PKK-nın Türkiyənin İstanbul şəhərində planlaşdırdığı terror aktının qarşısı alınıb.
“Habertürk”ün məlumatına görə, bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki, PKK terrorçularının avtomobilin altına yerləşdirdikləri 5 kiloqramlıq partlayıcı vasitə ələ keçirilib, bununla yanaşı, 2 nəfər saxlanılıb.
“Bu gün İstanbul polisi çox ciddi bir qətliamın qarşısını aldı. Polisimizin avtovağzalda ayıq-sayıqlığı və kəşfiyyatımız 5 kiloluq partlayıcını aşkar etdi. Onları yerləşdirənləri də tutdular. İki nəfər həbsdədir”, – Türkiyənin daxili işlər naziri deyib.
Report