Türkiyə Muş vilayətinin Varto rayonundakı məscidlərdən birinin imamı, evində internet olmadığı üçün disidant təhsildən istifadə edə bilməyən şagirdlər üçün kreativ addım atıb.
Rayonun Hürriyət məhəlləsindəki “Hz. Ömər” məscidinə təyin edilən Ərtuğrul Kertil məscidə internet çəkdirərək şagirdlərin Təhsil Nazirliyinin EBA (Elm Təhsil Şəbəkəsi) proqramından istifadə etməsini təmin edir.
Namaz vaxtlarının xaricində şagirdlərin məsciddə təhsil almasına yardımçı olan din xadimi, onların sosial məsafə, maska və dezinfeksiya şərtlərinə riayət etmələrinə nəzarət edir.
Bundan başqa Ərtoğrul Kertil şagirdlərə məktəbdən əlavə Türk dili, İngilis dili, riyaziyyat və tarix dərsləri keçərək, onların dərslərini də hazırlamalarına köməklik göstərir.