TÜRKİYƏDƏ FATİH MƏSCİDİNDƏ DİN XADİMİNƏ BIÇAQLI HÜCUM OLUB

0

Türkiyənin İstanbul şəhərindəki məşhur “Fatih” məscidində insident baş verib.

Bu səhər sübh namazı vaxtı məsciddə qalmaqal yaradan şəxs, təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən bayıra çıxarılıb.

Şübhəli şəxs namazdan sonra imamın otağına gedərək imamla görüşmək istədiyini deyib.

Bundan sonra şübhəli şəxs məscidin imamı Qurra Hafiz Qalib Usta ilə onları ayırmağa çalışan Bilal Erdemi bıçaqla yaralayıb.

Şübhəli şəxs dərhal polislər tərəfindən saxlanılıb, yaralılar isə xəstəxanaya çatdırılıb. Yaralıların reanimasiyada müalicələrinin davam etdiyi, həyatları üçün təhlükənin olmadığı bildirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏNİN MÜDAFİƏ NAZİRİ AZƏRBAYCANLI MÜHARİBƏ İŞTİRAKÇILARI İLƏ GÖRÜŞÜB

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər azərbaycanlı müharibə iştirakçıları ilə görüşüb. “Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə...

Bağla