TÜRKİYƏDƏ HAVA LİMANINA ƏZİZ SƏNCƏRİN ADI VERİLDİ

0

Türkiyənin Mardin Hava Limanının adı dəyişdirilib.

Hava limanına Nobel mükafatı laureatı, professor Əziz Səncərin adı verilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bununla bağlı qərarı “Resmi Gazete”də dərc olunub.

Buna əsasən, Mardin Hava Limanının adının “Mardin Prof. Dr. Aziz Sancar Havalimanı” olaraq dəyişdirilməsinə qərar verilib.

Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Mardin hava limanına Əziz Səncərin adının veriləcəyini bəyan etmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İƏT VƏ ƏRƏB TƏŞKİLATLARI İSVEÇDƏ QURANIN YANDIRILMASINI QƏTİYYƏTLƏ PİSLƏYİB

Bir sıra ərəb ölkələri və təşkilatları - Ərəb Dövlətləri Liqası, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ), İslam Əməkdaşlıq Təşkilatı, eləcə...

Bağla