TÜRKİYƏDƏ İKİ DƏFƏ ZƏLZƏLƏ OLUB

0

Türkiyədə iki dəfə zəlzələ qeydə alınıb.

“Haber Global”ın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:00-da İzmirdə, 5,1 maqnitudada qeydə alınıb. Zəlzələnin episentri Urla sahillərində yerləşib. Qəndilli rəsədxanası zəlzələnin maqnitudasının isə 5,3 olduğunu açıqlayıb.

Rəsədxanadaın verilən məlumatına görə, 5,3 bal gücündə zəlzələdən az sonra bölgədə 4,1 bal gücündə daha bir zəlzələ baş verib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA “HİCRƏT” MƏSCİDİNİN AÇILIŞI OLUB

Almaniya Reynland-Pfals əyalətinin Haçenburq bölgəsinidə “Diyanət İşləri Türk-İslam Birliyi”nin (DİTİB) tikdirdiyi Hicrət məscidinin açılışı olub. Qurani-Kərim tilavəti ilə başlayan açılış...

Bağla