Xəbər verdiyimiz kimi ötən gün Türkiyə Erzincan vilayətinin İliç rayonunda qızıl mədənində torpaq sürüşməsi baş verib.
Yerli mətbuatın xəbərinə görə, hazırda bölgədə torpaq altında qalan 9 işçinin xilas edilməsi üçün axtarış-xilasetmə işləri davam edir.
Artıq torpaq altında qalan 6 işçinin adı açıqlanıb. Onların; Şaban Yılmaz, Kenan Öz, İbrahim Keklik, Adnan Keklik, Hüseyin Kaya ve Ramazan Çimen olduğu bildirilib.
Daxili işlər naziri Əli Yerlikaya 5 işçinin bir konteynerdə, 3 nəfərin bir nəqliyyat vasitəsində, 1 nəfərin isə başqa bir maşında qaldığını güman etdiklərini açıqlayıb.