TÜRKİYƏDƏ POLİS AVTOMOBİLİ TERROR HÜCUMUNA MƏRUZ QALIB

0

Türkiyənin cənub-şərq bölgəsindəki Diyarbakır vilayətində polislərin xəsarət alması ilə nəticələnən terror hücumu baş verib.

Yerli mətbuatın xəbərinə görə, xidməti polis avtomobili Diyarbakır-Mardin magistral şosesində gözləyərkən yaxınılıqda olan başqa bir maşın uzaqdan idarə ilə partladılıb.

Terror hadisəsi nəticəsində 8 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Teraktı törətməkdə şübhəli bilinən 5 nəfərin saxlanılaraq dindirildiyi qeyd edilib. Faktla bağlı təhqiqatlar davam edir.  

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Bizim ingilis dilini mükəmməl bilən imamlarımız var, onları aşağılamaq olmaz”

“Hazırda məscidlərdə dini təhsili olmayanların ələnməsi prosesi gedir”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Vicdan azadlığı...

Bağla